Litva Belarus sərhədini pozdu: Diplomat XİN ə çağırıldı

01.12.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Belarus XİN mətbuat xidməti məlumat yayıb.

Litvalı diplomata bildirilib ki, ötən gün Litva ərazisindən keçərək Qrodno şəhərinə düşən PUA dövlət sərhədini pozub. Rəsmi Minsk insidentin qəsdən törədildiyini hesab edir.

Belarus Litvadan insidentlə bağlı ətraflı məlumat verməyi, araşdırma aparmağı və günahkarları məsuliyyətə cəlb etməyi tələb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью