Litva Belarusla sərhəd rejimi ilə bağlı qərarını noyabrın 19 da verəcək

18.11.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Litva hökuməti iki ölkənin sərhəd qurumları arasında noyabrın 18-nə planlaşdırılan danışıqların nəticələrini nəzərə alaraq noyabrın 19-da Belarusla sərhəd rejimi ilə bağlı qərar qəbul edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Litva parlamentinin xarici siyasət komitəsinin sədri Remiqyus Motuzas milli radionun efirində məlumat verib.

"Sərhəd rejimi ilə bağlı son qərarın çərşənbə günü keçiriləcək kabinet iclasında verilməsi gözlənilir", - deyə o bildirib.
Komitə sədrinin qeyd etdiyi kimi, bu baxımdan qonşu dövlətlərin sərhəd xidmətlərinin nümayəndələri arasında texniki səviyyəli danışıqların nəticələri həlledici əhəmiyyətə malik olacaq. "Həlledici məqam texniki səviyyəli danışıqların yekunları olacaq", - Motuzas bildirib.

Onun sözlərinə görə, Vilnüs əvvəlcə nəzərdə tutulduğu kimi, sərhədi noyabrın 30-dan tez açmağa meyllidir. “Mövcud vəziyyəti nəzərə alaraq, biz sərhədin daha tez açılacağına inanmağa meylliyik”, - deyə siyasətçi bildirib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью