Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Litva Belarusdan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı ilə bağlı insidentə görə Minskə nota təqdim edəcək və müttəfiqləri ilə məsləhətləşmələr aparacaq. Bu barədə Litvanın LRT telekanalı məlumat yayıb. Ölkənin xarici işlər naziri Kestutis Budrisin sözlərinə görə, hava məkanının pozulması halları baş verdikdə Litva nota hazırlayır və onu uçuş aparatının və ya digər obyektin gəldiyi ölkəyə təqdim edir. “İndiki halda biz Belarusdan danışırıq”, - K.Budris qeyd edib.
XQ