Litva Çin diplomatlarını ölkədən çıxardır KONKRET

03.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Litva hökuməti Çin diplomatlarının ölkədən çıxarılmasına dair qərar verib.

KONKRET.az xəbər verir ki, rəsmi Vilnüsün bu qərarına Pekinin cavabı gecikməyib. Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Pekin Litvanın Çin diplomatlarını ölkədən çıxarmaq kimi kobud və təxribat xarakterli hərəkətini qətiyyətlə pisləyir və öz etirazını kəskin şəkildə bildirir. Qeyd olunur ki, noyabrın 29-da Litva Xarici İşlər Nazirliyi heç bir əsas olmadan Çin Xalq Respublikasının Litvadakı səfirliyinin əməkdaşlarını “persona non qrata” elan edib və onlara ölkəni tərk etmələri barədə göstəriş verib.

 Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью