Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Litva hökuməti Belarusdan qaçaqmalçılıq yolu ilə gətirilən hava şarlarının sayının artması fonunda fövqəladə vəziyyət elan etməyə hazırlaşır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, LRT-nin məlumatına görə, bu barədə ölkənin baş nazirinin müşaviri İqnas Algirdas Dobrovolskas məlumat verib.
"Hökumət vətəndaş təhlükəsizliyinə təhdid səbəbindən fövqəladə vəziyyət elan etməyə hazırlaşır", - deyə o bildirib.
Bu açıqlama Vilnüs hava limanında əməliyyatları dayandıran qaçaqmalçılıq yolu ilə gətirilən hava şarlarının sayının artması fonunda verilib. Oktyabr ayında Litva vəziyyətə görə Belarusla hər iki sərhəd keçid məntəqəsini bağladı.
Qadir, Bizimyol.info