Litva Gürcüstan prezidentinə sığınacaq verməyə hazırlığını bildirib

03.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Litva ehtiyac olacağı təqdirdə Gürcüstan prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nausedanın məsləhətçisi Asta Skaysgirite bildirib.

Onun sözlərinə görə, S.Zurabişvili çox aydın şəkildə xalqı ilə bir yerdə Tbilisidə qalacağını bildirib.

Qeyd edək ki, S.Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. O, qanuni parlament olmayana qədər prezident qalacağını və siyasi proseslərə rəhbərlik edəcəyini qeyd edib. Gürcüstanda yeni prezident dekabrın 14-də seçilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью