Litva hava məkanını bağladı

12.05.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Başqa ölkələrə məxsus dronların Litva hava məkanından istifadə etməsinə icazə verilməyəcək”.

“Cebheinfo.az”-xarici mediaya istinadən məlumatına görə, bunu Prezidentin xarici siyasət müşaviri Asta Skaysgirite deyib.

“Litva indiyə qədər də xarici dronların öz ərazisi üzərindən uçmasına şərait yaratmayıb və bundan sonra da belə bir icazə verməyi düşünmür”, - deyə o bildirib.

O qeyd edib ki, söhbət yalnız Ukrayna dronlarından getmir.Litva ümumilikdə müttəfiq olmayan digər ölkələrin pilotsuz uçuş aparatlarının hava məkanına daxil olmasını istəmir.

Bu açıqlama son vaxtlar Baltik regionunda baş verən hadisələrdən sonra verilib.Belə ki, Ukraynadan buraxıldığı deyilən bəzi dronlar istiqamətini itirərək Litva və digər Baltik ölkələrinin ərazisinə düşüb və ya qəzaya uğrayıb.

Aişə Abdulova
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью