Litva hərbi ehtiyaclar üçün AK dan 6,3 milyard avro kredit istəyib

01.12.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Vilnüs Avropa Komissiyasına (AK) müdafiə layihələrinin maliyyələşdirilməsi üçün Avropa İttifaqının (Aİ) SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) hərbi proqramı çərçivəsində 6,375 milyard avro kredit verilməsi üçün ərizə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın müdafiə nazirinin müavini Karolis Aleksa Aİ ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən iclası çərçivəsində jurnalistlərə bildirib.

"Bizə ayrılan maksimum məbləğ, 6,375 milyard avro üçün təklif təqdim olunub. Bu vəsaitin təxminən 50 müdafiə layihəsinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır", - o deyib.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью