Litva hökuməti istefa verdi

14.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Litva parlamentinin yenidən seçilməsi ilə əlaqədar İnqrida Simonytenin rəhbərlik etdiyi respublika hökuməti istefa verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Nazirlər Kabineti Litva Prezidenti Gitanas Nauseda qarşısında istefa verib.

Respublikanın Əsas Qanununa əsasən, Seymin yeni çağırışının başlanmasından sonra hökumət istefaya gedir və parlament üzvləri yeni nazirlər kabinetini formalaşdıracaq baş naziri seçməlidirlər. Parlamentarilərin yeni baş naziri seçmək üçün 15 gün vaxtı var.

Qeyd olunur ki, Nauseda eks-nazirlərə yeni kabinet formalaşana qədər vəzifələrini icra etməyə davam etməyi tapşırıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью