Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən Azərbaycan və Lixteynşteyn milliləri qarşılaşıb.
Tərəflər arasında qarşılıqlı hücumlarla keçən görüş 0:0 hesabı ilə başa çatıb.
Yığmamızın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Çox təəssüfləndirici bir hal oldu. Evdə Lixtenşteynlə 0:0 oynamaq milli komanda olaraq planlarımıza sığmırdı. Çünki əsas rəqiblərimizdən biri Litva sayılır və onlarla oyundan qabaq maksimum xal toplamaq lazım idi. Amma təəssüf ki, alınmadı. Oyun baxımından yanaşsaq, bir daha aydın oldu ki, biz hələ "bir nömrə" kimi oynamağa alışmamışıq. Çünki adətən daha güclü rəqiblərə qarşı müdafiə futbolu göstəririk. Matçda rəqibin sıx və kompakt müdafiəsini yarmaq tələb olunurdu ki, burada da çətinliklərlə üzləşdik. Müəyyən epizodlarımız olsa da, onlardan istifadə edə bilmədik. Bu baxımdan düşünürəm ki, vacib iki xal itirdik. Çünki qarşıda bizi Litva ilə matç gözləyir. Şanslarımız var. Qrupda birinci yeri tutmaq üçün qalan iki oyunda qalib gəlmək vacibdir. Analiz edib düzgün nəticə çıxarmaq və qalan matçlarda qələbə qazanmaq lazımdır. Məncə, növbəti Litva oyunu həlledici olacaq".
Əlisahib İbrahimli