Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda sabah Litvanın qonağı olacaq. Kaunoda baş tutacaq görüşə saat 17:00-da start veriləcək.
Litva yığması son 10 matçda 3 qələbə qazanıb. Balkan təmsilçisi Lixtenşteynə, Latviyaya və Moldovaya qalib gəlib.
Edqaras Yankauskasın yetirmələri sonuncu dəfə Baltik Kubokunda iştirak edib. Latvia, Litva və Estoniyanın iştirak etdiyi yarışı estonlar qazanıb. Litva Latviyaya penaltilər seriyasında qalib gəlib, daha sonra Estoniyaya minimal hesabla uduzub.
Bu turnirdən öncə iki dəfə yoldaşlıq görüşü keçirən litvalılar Moldovanı 2:0 hesabıyla məğlub edib, gürcülərə isə eyni hesabla uduzub.
Komandanın sonuncu ən böyük uğursuz nəticəsi Niderlandla oyunda qeydə alınıb. “Sarılar” dünya çempionatının seçmə mərhələsində “narıncılar”a 0:4 hesabıyla məğlub olub.
Seçmə mərhələdə Niderland, Polşa, Finlandiya və Malta ilə mübarizə aparan Litva 3 xal toplayıb. Malta ilə iki dəfə heç-heçə edən komanda bir dəfə də finlərdən xal almağı bacarıb.
Şahin Cəfərov