Litva İsveçdən 14 milyon avroya Carl Gustaf qumbaraatanları alacaq Doğru Xəbərlər

03.01.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Litva 14 milyon avroya İsveçin SAAB Bofors Dynamics şirkətindən 84 mm-lik Carl Gustaf M4 tank əleyhinə qumbaraatanları və onlar üçün ehtiyat hissələri alacaq.

Bu barədə məlumat Baltikyanı ölkənin Müdafiə Nazirliyinin saytında yer alıb.

Silahların 2025-2026-cı illər ərzində çatdırılması planlaşdırılır.

Bundan əvvəl Litvanın müdafiə naziri Dovile Şakaliene Baltikyanı respublika və Ukrayna üçün kasetli sursatların alınmasına icazə verib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью