Litva millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra postunu tərk edib

06.10.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsini tərk edib.

İdman.Biz xəbər verir ki, 51 yaşlı mütəxəssislə yerli federasiya qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Yankauskasın rəhbərliyi altında komanda son oyununu Bakıda Azərbaycan millisinə qarşı keçirib. UEFA Millətlər Liqasının qrup mərhələsində baş tutan qarşılaşmada yığmamız 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında Kaunasda keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью