Litva millisinin baş məşqçisi: Sabahkı oyunda heç heçə bizə kifayət etməyəcək

03.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan millisi ilə oyunda heç-heçə Litva yığmasına kifayət etməyəcək".

"Cebheinfo.az" xəbər verir ki, Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqası çərçivəsinjdə Azərbaycanla qarşılaşmasından əvvəl Bakıdakı mətbuat konfransında deyib.

"Komandanın düşüncəsində "heç-heçə bizə kifayətdir" fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq", - deyə o bildirib.

Baş məşqçi Azərbaycan millisinin Lixtenşteynlə qolsuz heç-heçə etməsi barədə də danışıb:

"Belə oyunlarda rəqib müdafiəni bağlayır. Çoxsaylı hücumlara baxmayaraq bəzən qol vurmaq mümkün olmur. Qapıçının uğurlu oyunu, zərbələrin bloklanması kimi xırda detallar nəticəni müəyyənləşdirir".

Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da "Palms Sports Arena"da keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью