Litva öz qoşunlarını Ukraynaya göndərməyəcək

18.02.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Litva hərbçilərinin Ukraynaya göndərilməsi hazırda müzakirə olunmur".


Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Litva Prezidentinin xarici siyasət üzrə baş müşaviri Asta Skaysqirite bildirib. 

“Hələlik Ukraynaya hər hansı hərbi kontingentin göndərilməsindən söhbət getmir. Biz Ukraynaya təlimatçı kimi kömək edə bilərik”. 

Bundan əvvəl Litva Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Vilnüs Kiyevə 767 milyon avrodan çox hərbi yardım göstərib. Litvanın Ukraynaya ümumi dəstəyi uzunmüddətlidir və artıq bir yarım milyard avronu keçib.

Nurlana Əhmədova
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью