Litva parlamenti yeni hökuməti təsdiq etdi

25.09.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Litva parlamenti səsvermə nəticəsində yeni hökuməti təsdiq edib.

Bakıvaxtı.az “Reuters“ ə istinadən xəbər verir ki, İnqa Ruqiniene rəsmi olaraq yeni Baş nazir təyin olunub.

141 parlament üzvündən 80-i yeni hökuməti dəstəkləyib, 40 nəfər əleyhinə səs verib olub, iki nəfər isə bitərəf qalıb.

İnqa Ruqiniene Litvanın Ukraynaya dəstəyi davam etdirəcəyini və növbəti bir neçə il ərzində ümumi daxili məhsulunun 5-6%-nin hərbi ehtiyaclara sərf ediləcəyini bildirib.

Qeyd edək ki, Litvanın sabiq Baş naziri Qintautas Palukasın kabineti iyul ayında istefa verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью