Litva parlamenti yeni spiker seçdi

15.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Litvanın yeni çağırış Seymi (parlamenti) keçmiş baş nazir, “Litva Adı Uğrunda” partiyasının hakim koalisiyasının sədri Saulius Skvernelisi spiker seçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Seymin 107 deputatı siyasətçinin namizədliyinin lehinə, 19 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Bir bülleten etibarsız olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью