Litva quş dəstəsinə görə hava məkanını bağlıdı

14.09.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Litva höküməti dünən ölkənin hava məkanını bağlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi əvvəlcə PUA-lar göstərilib.

Hətta NATO-nun 1 qırıcısı havaya buraxılıb. Bundan başqa bəzi rayonların sakinlərinə səmada PUA-ların olması barədə sms vasitəsilə bildiriş də göndərilib. Amma az sonra məlum olub ki, radarlar quş dəstəsini PUA-larla səhv salıb. 

Qeyd edək ki, bu müddətdə Vilnüs hava limanı işini 38 dəqiqəlik  dayandırmalı olub. Vəziyyət aydınlaşdıqdan sonra aeroport əvvəlki iş rejiminə qayıdıb.

L Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью