Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Litva Daxili İşlər Nazirliyi mülki müdafiə sığınacaqlarının modernləşdirilməsi üçün bələdiyyələrə 16 milyon avro ayırıb.
Bakıvaxtı.az "CBC"yə istinadən xəbər verir ki, bu barədə nazirlik öz saytında məlumat verib.
Məlumata görə, həmçinin nazirlik yerli hakimiyyət orqanlarının bir mülki müdafiə sığınacağını təkmilləşdirmək üçün istifadə edə biləcəyi vəsaitlərin limitini 40 000 avrodan 55 000 avroya qədər artırıb.
Litva hökuməti yerli hakimiyyət orqanlarına şəhərlərdə sakinlərin 60%-ni, kənd yerlərində isə 40%-ni sığınacaqla təmin etməyi tapşırıb.
Hazırda Litvada 6500-dən çox sığınacaq var.
Gülşən Şərif