Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Litva Ukrayna şəhərlərinə və icmalarına təxminən 100 generator təhvil verəcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra deyib.
“Biz hərbi əməkdaşlıq, birgə müdafiə layihələri və Litvanın Vilnüsdə silah ixracı platforması açmaq təklifini, PURL təşəbbüsünə dəstəyi və SAFE proqramı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”, - Zelenski bildirib.
Qeyd edək ki, Vladimir Zelenski Vilnüsdə rəsmi səfərdədir.