Litva XİN rəhbəri Azərbaycanı təbrik ETDİ

18.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanladığı məktubda Azərbaycana davamlı sülh, sabitlik və dayanıqlı rifah arzulayıb.

Nazir Litvanın Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

Kestutis Budris, həmçinin iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью