Litva yenidən Belarusla sərhədini bağlamağı düşünür

21.11.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Litva yenidən Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlamağı düşünür. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqiniene jurnalistlərə bildirib.

"Vəziyyət pisləşməyə davam edərsə, biz sərhədin yenidən qeyri-müəyyən müddətə bağlanma ehtimalını istisna etmirik", - o qeyd edib.

Oktyabrın 29-dan nəqliyyatın hərəkəti bir ay müddətinə dayandırıldıqdan sonra Litva cümə axşamı Belarusla sərhədini açıb. Sərhədin açılmasına baxmayaraq, 1000-dən çox litvalı yük maşını qonşu ölkədə qalıb və Belarus tərəfi hazırda onların Litvaya daxil olmasına mane olur.

Vilnüs sərhədin bağlanmasına səbəb kimi mülki aviasiya təhlükəsizliyini göstərib.

Zeynəb Rzayeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью