Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Litvada 2012-ci ildən bəri minimum rekord temperatur - mənfi 30,1 dərəcə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, ölkədə 2012-ci ildə mənfi 30,4 dərəcə müşahidə olunub.
Litvada ən soyuq hava 70 il əvvəl qeydə alınıb - 1956-cı ildə mənfi 38,9 dərəcə.