Litvada 34 qanunsuz miqrant saxlanıldı

31.03.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarusdan Baltikyanı respublikaya keçməyə cəhd edən 34 nəfərlik qanunsuz miqrant qrupu Litva sərhədçiləri tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bəyanatda bildirilir: “Saxlanılan və Belarusa geri aparılan qrupda 34 nəfər olub. Bu, bu il ən yüksək rəqəmdir. Əvvəlki rekord martın 25-də qeydə alınıb, həmin vaxt 29 nəfər sərhədi qanunsuz keçməyə cəhd etmişdi”.

Məlumata görə, saxlanılan şəxslər Əlcəzair, Əfqanıstan, Pakistan, Somali və Eritreya vətəndaşlarıdır.

Qeyd edək ki, 2021-ci ilin avqust ayından etibarən Belarus üzərindən Litva ərazisinə kütləvi miqrasiya cəhdləri ilə müşayiət olunan böhran fonunda Vilnüs qanunsuz miqrantların geri qaytarılması qərarını tətbiq edir.

Bildirilib ki, 2025-ci ildə 1600-dən çox insan, cari ildə isə artıq 169 sərhəd pozucusu ölkədən çıxarılıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью