Litvada dron partladı VİDEO

24.03.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Litvanın Varenski rayonunda pilotsuz uçuş aparatı (PUA) gölə düşüb və partlayıb. 

Globalinfo.az xəbər verir ki, dron nə sərhədçilər tərəfindən aşkar edilib, nə də radarlarla görünüb.

Litva Silahlı Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, hadisə barədə sakinlər xəbər veriblər. Onlar partlayış və dron səsi eşitdiklərini bildiriblər.

İlkin ehtimala görə, PUA Belarus tərəfindən gəlmiş ola bilər.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью