Litvada genişmiqyaslı NATO təlimləri başlayıb

06.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Litvada NATO-nun "Freedom Shield 26-II" və "Grand Eagle 26" hərbi təlimləri başlayıb.

Bakıvaxtı.az LRT telekanalına istinadən xəbər verir ki, təlimlər 6 noyabr - 3 dekabr tarixlərində keçiriləcək. 

Manevrlərdə 6000-dən çox hərbçi iştirak edir. Onların arasında Litvanın iki zirehli briqadası və Almaniyanın 10-cu Panzer Diviziyasının motoatıcı briqadası da var.

Bundan əlavə, Almaniya, Hollandiya, Norveç, Çexiya, Xorvatiya, Belçika və Lüksemburqu təmsil edən NATO-nun Çoxmillətli Döyüş Briqadasının əsgərləri də təlimlərə cəlb olunub.

Manevrlərin əsas məqsədi qoşunların döyüş hazırlığını artırmaq və müttəfiqlər arasında qarşılıqlı fəaliyyəti gücləndirməkdir."Freedom Shield 26-II" Rudninkai poliqonunda, "Grand Eagle 26" isə Pabrade yaxınlığındakı poliqonda keçiriləcək.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью