Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Litva hüquq-mühafizə orqanları Vilnüs bölgəsində sənaye miqyasında fəaliyyət göstərən nəhəng bir narkotik laboratoriyası aşkar ediblər.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə Litva Cinayət Polisi Bürosu məlumat yayıb.
Məlumata görə, bu laboratoriya Baltikyanı ölkələrdə indiyə qədər fəaliyyət göstərən ən böyük sintetik narkotik laboratoriyasıdır. Belə ki, laboratoriya yüzlərlə kiloqram amfetamin və metamfetamin istehsal edib.
Digər psixotrop maddələr də aşkar edilərək müsadirə edilib.
Laboratoriya aşkar edilməsəydi, ümumi miqdarı təxminən 4 milyon doza narkotik istehsal oluna bilərdi. Narkotiklərin Hollandiya, Çexiya və Belçika daxil olmaqla, digər Avropa ölkələrinə daşınması nəzərdə tutulurdu.
Gülşən Şərif