Litvada təyyarə binanın üzərinə düşdü

25.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Litvanın paytaxtı Vilnüsdə DHL aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az-ın "Delfi" nəşrinə istinadən xəbərinə görə, bu barədə Litvanın Yanğın Təhlükəsizliyi və Xilasetmə Departamentinin Vəziyyətin əlaqələndirilməsi şöbəsindən məlumat verilib.

Məlumata görə, təyyarə ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. Təyyarədə dörd nəfər olub: iki pilot və iki işçi.

Xilasedicilər pilotlardan birini sağ çıxara biliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью