525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Litva höküməti Rusiya və Belarus vətəndaşlarına yeni sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, indən belə bu ölkələrin vətəndaşları Litvada strateji və hərbi obyektlərin yaxınlığında daşınmaz əmlak ala bilməyəcəklər.
Bundan başqa onların Litvada təhsil, mədəniyyət və idman sahələrində çalışmaları da yasaqlanıb.
Qeyd edək ki, hələ iyul ayında Litva XİN bununla bağlı açıqlama yaymışdı. Aşıqlamada həmçinin, Rusiya və Ukrayna arasındakı münaqişəni dəstəkləyən Rusiya və Belarusun mədəniyyət, idman və təhsil sahələrində çalışan vətəndaşlarının Litvaya girinə icazə verilməyəcəyi də bildirilirdi.
L.Tağıyeva