Litvadan sonra Estoniya da ona sanksiya TƏTBİQ ETDİ

02.12.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Estoniya “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə sanksiya tətbiq edib.

Bakupost.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasındakı paylaşımında bildirib.

“Estoniya insan hüquqlarını pozan gürcüləri ölkəyə buraxmayacaq. Bura “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, Vaxtanq Qomelauri, Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze, Giorgi Butxuzi, Zviad Xarazişvili, Mileri Laqazauri, Mirza Kezevadze, Vaja Siradze və Teymuraz Kupatadze aiddir", - paylaşımda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью