Litvanın asayiş keşikçilərinə istifadə üçün pulemyot veriləcək

28.11.2025

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Litvanın İctimai Asayiş Xidməti işçiləri üçün 2026-cı ildə pulemyotlar alacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, silahlar İctimai Asayiş Xidməti işçiləri üçün pilotsuz təyyarələrlə mübarizə məqsədilə alınacaq. Məlumatı xidmətin rəisi Viktoras Qrabauskas da təsdiqləyib.
“Bizə əhalinin təhlükəsizliyini təhdid etməyəcək pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün pulemyot lazımdır”,-deyə o bildirib.
O, hansı istehsalçıların silahlarını və hansı miqdarda almağı planlaşdırdığını dəqiqləşdirməyib.
Fuad
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью