Litvanın baş məşqçisi Dambrauskas millimizlə oyun barədə nə dedi?

04.10.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisi bu gün Litva ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, yığmamız Abdulla Xaybullayevin vurduğu qol ilə 1:0 hesablı qələbə qazanıb.

Oyundan sonra Litva millisinin baş məşqçisi Edqaras Yankauskas jurnalistlərin suallarını cavablandırıb:

"İki eyni səviyyəli komandanın mübarizəsi idi. Çox təəssüf ki, biz qol vura bilmədik, ancaq Azərbaycan bunu bacardı. Onları qələbə münasibəti ilə təbrik edirəm.

- Azərbaycan - Lixteynşteyn matçı sizin üçün motivasiya yaratmışdı?

- Əvvəlki oyun fərqli bir matç idi. Buradakı ssenari daha fərqli idi. İki bərabər komandanın oyunu idi. Azərbaycan bir qol vurmağı bacardı və qələbəyə layiq oldu.

- Bu məğlubiyyətdən sonra qrup liderliyi şanslarının azaldığını düşünürsünüz? VAR-da verilən qırmızı vərəqənin dəyişməsi sizi təəssüfləndirdi?

- Qrup lideri olmaq şansımız hələ də var. VAR bu gün rəğbət göstərmədi. Azərbaycana daha çox xeyir verdi. Bəzi məqamlarda cərimə verilməli idi.

- Valdas Dambrauskas ilə görüşəcəyinizi bildirmişdiniz. Bu görüş baş tutdu?

- O bizə bu matçda uğurlar arzuladı.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью