Litvаnın Baş naziri: Aİ kreditindən vəsaitlər ilk növbədə HHM in gücləndirilməsinə yönələcək

28.01.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Litva Avropa İttifaqının ayırdığı 6,3 milyard avro məbləğindəki kreditin bölüşdürülməsi zamanı prioritet olaraq hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsinə investisiya ayıracaq.

Moderator.az xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqa Ruginene jurnalistlərə bildirib.

"HHM şübhəsiz prioritetdir. Bu, qaçaqmalçıların hava şarları və digər təhdidlərlə əlaqədardır", - o deyib.

"Ötən ilin sonunda biz hər şeyi ətraflı müzakirə etdik və HHM üzrə strateji istiqamətlərimizi müəyyənləşdirdik", - Baş nazir qeyd edib.

Xatırladaq ki, daha əvvəl Litva Avropa Komissiyasının qərarı ilə Aİ-nin SAFE (Security Action for Europe) hərbi proqramı çərçivəsində 6,3 milyard avro kredit əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью