Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

09.04.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью