Litvanın Tayvan nümayəndəliyini bağlamaq niyyəti yoxdur

26.11.2026

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Litvanın Tayvan nümayəndəliyini bağlamaq niyyəti yoxdur

Litva hakimiyyəti Vilnüsün Pekin ilə münasibətlərinə xələl gətirən Tayvanın Vilnüsdəki ofisini bağlamaq niyyətində deyil. Parlamentin Xarici Siyasət Komitəsinin sədri Remijiyus Motuzas bunu LRT milli radiosunda açıqladı.

"Tayvanın nümayəndəliyini ləğv etmək məqsədi yoxdur", - deyə o bildirib.

Çərşənbə günü Litva prezidenti Gitanas Nausėda Baltikyanı respublika hökumətinin Tayvan ofisi məsələsini ya əməkdaşlıq yolu ilə, ya da birtərəfli şəkildə həll etmək üçün vasitələrə sahib olduğunu bildirib.

Ad məsələsi 2021-ci ildən bəri Litvanın Çinlə münasibətlərində böhrana səbəb olub. Daha sonra keçmiş xarici işlər naziri Qabrielius Landsberqisin təşəbbüsü ilə Vilnüsdə Tayvan nümayəndəliyi açılıb. Ofisin adına qarşı çıxan Pekin səfirini geri çağırıb və Vilnüsə də eyni şeyi etməyi təklif edib. Nəticə etibarilə, Çin hökuməti Litva ilə diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəldi və sonra Vilnüsdəki Çin diplomatik nümayəndəliyinin statusunu səfirlikdən müvəqqəti nümayəndəliyə dəyişdirən nota göndərdi. Hazırda Litvada Çin diplomatı yoxdur.

mövqeyinə görə, Rusiya da daxil olmaqla əksər ölkələr tərəfindən dəstəklənir və bu, ÇXR-in bölgələrindən biridir.

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью