Litvanın Xarici İşlər Nazirliyində yanğın

27.08.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Litva Xarici İşlər Nazirliyinin binasında yanğın baş verib.

Axar.az xəbər verir ki, Litva Yanğından Mühafizə və Xilasetmə Departamenti məlumat yayıb.

Məlumata görə, binanın havalandırma şaxtasında nasazlıq baş verib və elektrik mühərriki yanıb.

Yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı, polis və təcili tibbi yardım əməkdaşları da cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью