Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Müqavilə ilə “Fənərbağça”ya məxsus olan, icarə əsasında “Jirona”da çıxış edən Dominik Livakoviçin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, qolkiper “Dinamo”ya keçib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Livakoviç mövsümün sonuna kimi Xorvatiya klubunun formasını geyinəcək.
Zaqreb təmsilçisi “Fənərbağça”ya 300 min avro ödəyəcək.