Livan atəşkəs olmadan İsrail ilə danışıqlar aparmayacaq

10.04.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 aprel, AZƏRTAC

Livan hakimiyyəti əvvəlcədən atəşkəs elan edilmədən İsraillə heç bir danışıqlar aparmaq niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə adı açıqlanmayan Livan rəsmisi CNN-ə bildirib.

Mənbənin sözlərinə görə, “atəş altında heç bir danışıqlar aparılmayacaq”.

Livanın “L'Orient-Le Jour” qəzeti də Beyrutun mövqeyini təsdiqləyərək, istənilən danışıqlardan əvvəl atəşkəsin elan edilməli olduğunu yazıb.

Bildirilib ki, Beyrut iki həftəlik atəşkəsi nəzərdə tutan və bundan sonra 72 saat ərzində müzakirələrin başlanmasını ehtiva edən “Pakistan danışıqlar formulu”nu dəstəkləyir.

Cümə axşamı İsrailin Baş naziri Benjamin Netanyahu Livanla birbaşa danışıqlara hazırlıqla bağlı göstəriş verdiyini açıqlayıb. Bununla yanaşı, o, İsrail ordusunun Livandakı “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью