Livan bu qadağanı ləğv etməlidir Hizbullah

26.03.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Livan hökuməti Hizbullahın silahlı qanadının fəaliyyətinə qoyulan qadağanı ləğv etməlidir.

Axar.az xəbər verir ki, bunu Hizbullahın baş katibi Naim Qasım deyib.

Baş katib əlavə edib ki, əgər hakimiyyət milli birliyi bərpa etmək istəyirsə, silahlı müqaviməti leqallaşdırmalı və Hizbullah döyüşçülərini qanundankənar vəziyyətə salan qərarı ləğv etməlidir:

“Hazırda təcavüzün dəf edilməsi məsuliyyəti yalnız ordu və hökumətin deyil, həm də hər bir vətəndaşın, bütün partiyaların üzərinə düşür. Livan suverenliyini itirmək və İsrail tərəfindən cənub bölgələrinin işğalı təhlükəsi ilə üz-üzədir. ABŞ-İsrail planı ölkə daxilində ixtilaf və qarşıdurma yaratmağa yönəlib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью