Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə o, mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, prezident Cozef Aunun İsraillə birbaşa danışıqlara keçməsi məcburi addım olub və məqsəd müharibəni mümkün qədər tez dayandırmaqdır. Lakin Mneymne hesab edir ki, hazırda Livanın zəif mövqeyi “Hizbullah”ın ölkəni lazımsız münaqişəyə cəlb etməsi nəticəsində yaranmış güc balanssızlığı ilə bağlıdır.
Deputat bildirib ki, prezident Aunun sülh təşəbbüsü ətrafında milli konsensus formalaşıb, lakin “Hizbullah” dövlətin maraqlarına zidd mövqe tutmağa davam edir. Onun sözlərinə görə, bunun nəticəsi kimi İsrailin cənub bölgələrində yenidən hərbi mövcudluğu və genişmiqyaslı dağıntılar yaranıb.
Mneymne əlavə edib ki, təşkilatın silahlı müqaviməti davam etdirmək istəyi siyasi divident qazanmaq cəhdi kimi görünür. O həmçinin Beyruta 1,2 milyondan çox köçkünün gəlməsi fonunda məzhəblərarası gərginliyin artdığına diqqət çəkib və bəzi tərəflərin dövlətlə şiə icması arasında parçalanmanı dərinləşdirməyə çalışdığını bildirib.
Deputatın fikrincə, bu cür ritorika nifrətin və qarşıdurmaların artmasına gətirib çıxarır. O, prezident Aunu milli birliyi gücləndirməyə və İsraillə aparılan danışıqlar üçün ümumi prinsipləri müəyyən etməyə çağırıb.
Bizimyol.info