Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər

10.04.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Livan Prezidenti Jozef Aun İsrailə birbaşa danışıqlar çağırışı edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrailin Baş naziri Benyamin Netanyahu sülh danışıqları çağırışına cavab verdikdən sonra Livanın birbaşa danışıqlara getməkdən başqa yolu qalmayıb.
Bununla belə, "Hizbullah" silahlı qruplaşması İsraillə birbaşa danışıqların əleyhinə çıxış edir və bu, qruplaşmanın dövlət tərəfindən əldə edilən hər hansı atəşkəs razılaşmasına riayət etməyə hazır olmasını şübhə altına alır.
"Livan və İsrail arasındakı danışıqlar, açıq desək, mənasızdır, çünki bu danışıqları Livan adından aparan şəxslərin təsir rıçaqları yoxdur", - qruplaşmaya yaxın livanlı məmur bildirib.
Xatırladaq ki, martın 2-də "Hizbullah"ın raket hücumundan sonra İsrail Livana hava hücumlarını gücləndirib. O vaxtdan bəri İsrail quru əməliyyatlarını da genişləndirib.
/report
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью