Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11.08.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin himayəsi altında Livan və İsrail nümayəndə heyətləri arasında növbəti danışıqlar payıza qədər baş tutmayacaq. Qeyd olunur ki, yaxında heç bir danışıqlar gözlənilmir, əgər danışıqların yeni mərhələsi olacaqsa, yaydan sonra olacaq.

Maraqlıdır, bəs danışıqların vaxtı niyə uzadılır?

Politoloq Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, danışıqlar tam olaraq dayandırılmayıb:

Onun sözlərinə görə, sadəcə olaraq prosesə düzəliş edilib:

"Bir həftə bundan öncə ABŞ-nin vasitəçiliyi ilə Romada keçirilən 7-ci raund başa çatıb və növbəti raund üçün gələn ayın əvvəlində ilkin razılıq əldə olunub. Yəni danışıqlar prosesi davam edəcək və burada əsas məsələ prosesin yavaş getməsi deyil, irəliləməsidir. Əlbəttə ki, bu istiqamətdə problemlər mövcuddur və danışıqların qarşısını kəsən düyünlər var. İsrail ordusunun Cənubi Livandan çıxması və "Hizbullah"ın tərksilah olunması hansı mexanizmlə həyata keçiriləcək və ardıcıllıq prinsipləri sual altındadır. ABŞ üçüncü tərəf olaraq bütün proseslərin öz kontrolunda həyata keçirilməsini istəyir. Livan isə öncə İsrail ordusunun geri çəkilməsini tələb edir və daha sonra "Hizbullah"ın silah məsələsi öz həllini tapacaq. Burada göründüyü kimi, ardıcıllıq məsələsi danışıqlar prosesinin ən böyük maneəsidir və tərəflər "Hizbullah"ın tərksilahını yoxlayacaq ölkələrdən ibarət siyahı üzərində razılıq əldə olunub. Amma İsrailin növbəti geri çəkiləcəyi ərazi barədə razılığa gəlinməyib. "Hizbullah"ın isə özü danışıqlar prosesində iştirak etmir və bu səbəbdən də tərksilah məsələsinə getmək niyyətində deyil".

Siyasi şərhçinin fikrincə, mövcud vəziyyət prosesin fundamental zəifliyini göstərir:

"İsrail üçün əsas məsələ sərhədin o biri tərəfində "Hizbullah"ın yenidən hərbi infrastruktur yaratmayacağına nail olmaqdır. Bu səbəbdən də son vaxtlar Livanın cənubuna zərbələri intensivləşdirib. Livan isə İsrailin bu mövqeyindən narazıdır və hesab edir ki, İsrail bu mövqe ilə uzun müddət məskunlaşma siyasəti aparır.

Danışıqların payıza qədər uzanması da İsraildən qaynaqlanır və İsrailin daxilində seçkilərin keçirilməsi bu prosesə öz təsirini göstərir. İsrailin Baş naziri Binyamin Netanyahunun Livanda güzəştə getməsi onun seçkilərdə reytinqinə ciddi təsir edə bilər və bu səbəbdən hesab edirəm ki, danışıqlar prosesi seçkilərdən sonra davam edəcək. Bu baxımdan, danışıqların indiki mərhələdə tempini izah edən ən mühüm siyasi faktor bu olmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью