Livan İsrailin atəşkəsi pozduğunu açıqladı

28.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“İsrail ordusu atəşkəsi pozaraq Livanın cənubunu atəşə tutub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Livan Ordusunun yaydığı məlumatda deyilir.

Bildirilib ki, İsrail ordusu Livanın cənubunda müəyyən ərazilərə qayıtmağa çalışan insanları atəşə tutub.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl İsrail tərəfi “Hizbullah”ın atəşkəs rejimini pozduğunu bəyan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью