Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Livan nümayəndə heyəti Romada ABŞ-ın vasitəçiliyi ilə İsrail tərəfi ilə keçirilən növbəti danışıqlar raundunda İsrail qüvvələrinin çıxarılacağı yeni “pilot zonalar”ın yaradılmasını müzakirəyə təklif edib. Bu barədə “Al Hadath” telekanalı rəsmi Livan mənbəsinə istinadən məlumat yayıb.
KONKRET.az xəbər verir ki, mənbənin sözlərinə görə, Livan tərəfi həyata keçirilməsi üçün icra mexanizminin işlənib hazırlanmasını və texniki aspektlərin detallı şəkildə nəzərdən keçirilməsini tələb edən irimiqyaslı “pilot rayonlar” təklif edib.
Livan nümayəndə heyəti bu cür rayonlar qismində Ərəb Respublikasının cənubunda yerləşən yaşayış məntəqələrini – Bint-Cbeyl və əl-Hiyam bölgələrini irəli sürüb. Bununla belə, mənbə qeyd edib ki, qarşı tərəfdən hər hansı imtina olacağı təqdirdə alternativ variantlar da mövcuddur.
Natiq Səlim,
KONKRET.az