Livan İsraillə sərhədə yaxın qoşunlarının sayını 10 minə çatdıracaq

27.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Livan rəhbərliyi ölkənin cənubunda, İsraillə sərhədə yaxın ərazidə hərbi personalın sayını 10 minə çatdırmaq niyyətindədir.

Missiya.Az xəbər verir ki, bu barədə Livanın müdafiə naziri Mauris Slim “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı məlumat verib.

O, hökumətin ölkənin cənubuna 10 min əsgər göndərəcəyini, atəşkəsin şərtlərinə görə “Hizbullah”ın oradan geri çəkilməli olduğunu bildirib.

Qeyd edək ki, bu gün Livanda İsrail ilə “Hizbullah” arasında atəşkəs razılaşması əldə olunub.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью