Livan MN: İsraillə sərhədə qoşun göndərilir

27.11.2024

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu sözləri Livanın milli müdafiə naziri Moris Səlim "Al Jazeera" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "bu, ölkənin suverenliyi üçün zəruri addımdır".
"Hökumət beynəlxalq qətnamələrin yerinə yetirilməsinə sadiq qalması ilə yanaşı suverenliyin mühafizəsi naminə cənub sərhədində qoşunlarını gücləndirəcək", - nazir bildirib.
Onun sözlərinə görə, İsraillə baş tutan atəşkəs razılaşmasının şərtləri çərçivəsində "Hizbullah" terrorçuları sözügedən ərazidən tezliklə geri çəkiləcək.
HƏMAS: "Biz də atəşkəsə hazırıq"
Xatırladaq ki, dünən axşam saatlarında İsrail və Livan "Hizbullah"ı arasında razılaşdırılan atəşkəs yerli vaxtla səhər saat 04:00-da qüvvəyə minib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью