Livan Pakistanı İsrailə təzyiq göstərməyə çağırdı

08.04.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Livan Parlamentinin sədri Nəbih Berri Pakistanı İsrailin atəşkəs pozuntularına görə təzyiq göstərməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Berri Pakistanın Livandakı səfiri Salman Athar ilə telefon danışığında İsrailin atəşkəsi dəfələrlə pozduğunu və Cənubi Livana davam edən hücumların narahatlıq yaratdığını vurğulayıb. Səfirə həmçinin hadisələrin yerindəki reallıqları rəsmi şəkildə Pakistan rəsmilərinə çatdırmaq tapşırılıb.
Zəng zamanı Berri, İslamabadın regional sakitliyin təmin edilməsindəki rolunu da yüksək qiymətləndirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью