Livan parlamenti ilk iclasda yeni prezidenti seçə bilməyib AZƏRTAC

09.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

Livan parlamenti bu gün keçirilən ilk iclasında ölkənin yeni prezidentini seçə bilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin milli xəbər agentliyi (NNA) məlumat yayıb. Bildirilib ki, Livan parlamentinin spikeri Nəbih Berri müzakirələrin davamı üçün iclasa iki saat fasilə verib.

Qeyd edək ki, Prezident Mişel Aunun səlahiyyət müddəti 2022-ci il oktyabrın 31-də başa çatdıqdan sonra Livan parlamenti 12 sessiya ərzində yeni prezidenti seçə bilməyib. Ölkə başçısının seçilməsi üçün namizədin 86 səs toplaması tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью