Livan prezidenti atəşkəs şərtini açıqladı İsrail Livan gərginliyində son vəziyyət

27.04.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Livanın prezidenti Cozef Aoun İsraillə aparılan prosesdə atəşkəsin danışıqlara başlamaq üçün “ilk və vacib addım” olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, o bu mövqe ölkəsinin rəsmi siyasətidir və əks fikirlər Livanı təmsil etmədiyibi bildirib.

Prezidentin sözlərinə görə, davamlı sabitlik yalnız hərbi əməliyyatların tam dayandırılması ilə mümkündür.

Aoun qeyd edib ki, 14 və 23 aprel tarixlərində səfirlər səviyyəsində keçirilən görüşlərdə də bu mövqe qəti şəkildə təkrarlanıb. O əlavə edib ki, danışıqların effektiv olması üçün tərəflər arasında qarşılıqlı etimadın yaradılması vacibdir.

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən ilk görüşdən sonra verilən açıqlamada isə İsrailin Livana qarşı quru, dəniz və hava hücumları etməyəcəyinin açıq şəkildə qeyd olunduğu bildirilib. Bu açıqlama regionda gərginliyin azalması baxımından mühüm siqnal kimi qiymətləndirilir.

Bahar Babaşova, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью