Livan Prezidenti: İsrail qoşunlarının çıxarılması davamlı sülhə yol açacaq

22.11.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İsrail Livanın işğal altında olan ərazilərindən qoşunlarını çıxarmalıdır.

APA xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun ölkənin müstəqilliyinin 83-cü ildönümü münasibətilə xalqa müraciətində bildirib.

“Təcavüzünüzü dayandırın və Livan torpaqlarını tərk edin. İşğal və şəhərlərin dağıdılması sizin təhlükəsizliyinizi gücləndirməyəcək”, – deyə prezident İsrail hökumətinə müraciət edib.

Aunun sözlərinə görə, yalnız İsrail qoşunlarının tam çıxarılması beynəlxalq səviyyədə tanınmış sərhəddə sabitliyin təmin olunmasına və ədalətli, davamlı sülhə yol aça bilər.

Prezident Livan hökumətinin münaqişənin həlli istiqamətində diplomatik səylərini davam etdirdiyini bildirib.

“Diplomatiya təslim olmaq, danışıqlar isə qanuni hüquqlardan imtina etmək demək deyil”, – deyə o vurğulayıb.

Aun əlavə edib ki, Livan bundan sonra heç kimin siyasi oyunlarında sövdələşmə predmetinə çevrilməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью